Haqqımızda

Guney.az saytı yenicə yaradılıb. Saytımız ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox sahələri üzrə o taylı bu taylı Azərbaycanda və bütün dünyada baş verən yeniliklərdən söz açmağı qarşısına məqsəd qoyub. Səviyyəli oxucu auditoriyası üçün nəzərdə tutulan saytımızdan Azərbaycan tarixində şərəfli yer tutan söz sənət adamlarının həyat və yaradıcılığı işıqlandırılacaq, ölkəmizdə və dünyada baş verən ədəbi-mədəni hadisələrdən operativ məlumatlar alacaqsınız. Guney.az saytı yüksək zövqlü, intellektual oxucu auditoriyası üçün nəzərdə tutulub. Ciddi ədəbiyyat, təhlil,tənqid, dövri mətbuatdakı yeniliklər, dəyirmi masalar, qonaqlar və s.sizin qonağınız olacaq.