Köşə yazarları


Bir neçə gün öncə filologiya elmləri doktoru Esmira Fuadın müəllifliyi ilə Güney Azərbaycanda Ana dilimizin keşiyində duran 114 şairimizin şerlərini ehtiva edən “ Günümüzün Güney Azərbaycan antologiyası” kitabının uğurlu təqdimatı oldu. Təqdimatdakı çıxışımda da dediyim kimi bu uğur son bir əsrdə yalnız bircə il öz Ana dilində təhsil alan bir millətin övladlarının gərgin əməyinin məhsulu olmaqla yanaşı əsası hələ 70 il öncə “ Su deyibdir mənə əvvəldə anam , ab ki yox!” deyə millətin fəryadını ucaldan Zehtabilər tərəfindən qoyulan ənənənin davamıdır. Güneyli, quzeyli Azərbaycanımıza mübarək olsun!