Ana səhifə XəbərlərSiyasət Leyla Abdullayeva Martin Ryanın həbsindən danışdı – FOTO

Leyla Abdullayeva Martin Ryanın həbsindən danışdı – FOTO

admin2

“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Martin Ryan dekabrın 4-ü saxlanılıb”.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France-Presse” agentliyinə açıqlamasında sözügedən Fransa vətəndaşının Bakıda saxlanılması barədə danışarkən deyib.

Səfirin sözlərinə görə, onun barəsində daha sonradan dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, həmçinin qeyd edib ki, M.Ryan saxlanıldığı andan Fransanın Bakıdakı Səfirliyi məsələ barədə məlumatlandırılıb.

Bununla yanaşı, Martin Ryanın atası Riçard Ryan agentliyə açıqlamasında oğlu ilə əlaqə saxladığını bildirib: “Onunla hər biri 2 dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum onunla yaxşı rəftar olunduğunu deyir”.

Xatırladaq ki, Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır. Bu barədə erməniəsilli fransız jurnalist Leo Nicolian 7 yanvar 2024-cü ildə “X” (keçmiş tviter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.

“Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. “Merkorama” MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib”, – deyə o qeyd edib.

Fransa vətəndaşı Martin Ryanın 4 dekabrda Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur.

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00