50
Bu ilin iyun ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 96,1 bənd təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, aylıq müqayisədə 0,6 bənd, ilin əvvəli ilə müqayisədə 0,9 bənd, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 bənd çoxdur.
May ayının sonuna manatın real effektiv məzənnəsi 122 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd çox, ilin əvvəlinə nisbətən 0,3 bənd az, illik müqayisədə isə 6,2 bənd çoxdur.