III Avropa Oyunları: Azərbaycanın iki badmintonçusu 1/8 finala vəsiqə qazanıb

Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

İdmançı G qrupundakı ikinci qarşılaşmasında Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə üz-üzə gəlib.

Rəqibini məğlub edən (2:1) Dviçayo ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün ispaniyalı Luis Enrike Penalveyə qalib gəlmişdi.

Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Related posts

Gündəm olan məktəb direktoru kimdir? – Görün nələr DANIŞDI… – FOTO/VİDEO

Mehriban Əliyeva Lamiyə Vəliyevanı təbrik edib

Prezident və xanımı Hidayət Heydərova ZƏNG ETDİLƏR