Nikol Paşinyan: “Müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi”

“Müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib.

O, iclasın qapalı hissəsində Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib.

Baş nazir bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib.

Related posts

KİV: İsrail Yəmənin üç limanına zərbə endirib

Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb

Hindistan ELAN ETDİ – Hazırıq!