Qanunsuz erməni hərbçilərinin məhv edilməsinin GÖRÜNTÜLƏRİ

Azərbaycan Ordusunun Qisas əməliyyatıyla qanunsuz erməni hərbçilərini məhv etməsinin görüntüləri yayılıb
Azərbaycanın Ordusunun Qarabağ bölgəsində ermənilərin qanunsuz hərbi birləşmələrin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb.

Qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində – “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.

Bütün bunlar bir daha sübut edir ki, Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Məhz həmin səbəbdən qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi vacibdir.

 

Related posts

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR

Kim Çen In orduya TAPŞIRIQ VERDİ