Müdafiə Sənayesi Nazirliyinin zavodundakı partlayışla bağlı cinayət işi başlanılıb

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazıra iş üzrə ibtidai istintaq aparılır.

Related posts

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi şikayət edib

İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı