Ana səhifə XəbərlərMünaqişə Ukrayna ordusu Donetskin 3 şəhəri istiqamətində əks-hücumu davam etdirir

Ukrayna ordusu Donetskin 3 şəhəri istiqamətində əks-hücumu davam etdirir

redaktor

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut (şəhərinin şimal və cənubundan), Melitopol və Beryansk istiqamətlərində əks-hücumu davam etdirir.

Məlumatı iyulun 26-da Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri Luqanks vilayətinin Dibirov, Stupoçek və Diliyevka, Donetsk vilayətinin Avdeyevka və Marinka rayonunları istiqamətində Rusiya hərbçilərinin hücumlarının qarşısını alıblar.

Məlumata görə, ötən sutka ərzində 26 döyüş toqquşması qeydə alınıb. Bildirilib ki, Rusiya hərbçiləri raket və 65 aviazərbə endirib, reaktiv yaylım atəşi sistemi ilə 84 dəfə atəş açıblar.

Ukraynanın müdafiə qüvvələri Rusiyanın şəxsi heyəti, silah-sursat və hərbi texnikasına 9 zərbə endirib. Nəticədə Rusiyanın “Ka-52”, 5 “Shahed-136” zərbə PUA-sı və 2 kəşfiyyat pilotsuz uçuş aparatı məhv edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00