Kiyevə dron hücumu: Hamısı zərərsizləşdirildi

Kiyev yaxınlığındakı hava məkanında düşmənin gecə hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən bütün hava hədəfləri məhv edilib. Bunlar 15 “Şahed” tipli kamikadze dronlar olub.

Bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib. O bildirib ki, Kiyevə hazırkı PUA hücumu ardıcıl səkkizincidir və dünən gecə olduğu kimi, kütləvi xarakter daşıyıb.

Dağıntılar və tələfatla bağlı məlumat yoxdur.

“Yeri gəlmişkən, paytaxtda sonuncu hava həyəcan siqnalı düz 3 saat çəkib. Bu, Kiyev üçün genişmiqyaslı işğalın başlanğıcından bəri 820-ci idi”, – deyə Popko vurğulayıb.

Related posts

Bu Avropa şəhərinə giriş sabahdan pullu olacaq

Trampdan şok addım: İsrailin İrana zərbəsinə imkan vermədi

Çin bir qərarı ilə ABŞ-ni iflic vəziyyətə saldı