Nabranda istirahət mərkəzində yanğın oldu

Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və camaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Related posts

Ağstafada 9-cu sinif şagirdi bıçaqlandı

Gəncədə məktəbdə insident – şagirdlər müəllimə xəsarət yetirdilər (YENİLƏNİB)

Bakıda “uçan” maşının sürücüsü… – FOTO