Bakıda 34 yaşlı qadın qətlə yetirilib

Avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb