Ana səhifə XəbərlərCəmiyyət Zəngilanın Ağalı kəndinə köçürülən növbəti 22 ailəyə evlərinin açarları təqdim edilib

Zəngilanın Ağalı kəndinə köçürülən növbəti 22 ailəyə evlərinin açarları təqdim edilib

redaktor

Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində avqustun 12-də Bakı şəhərindən Zəngilan rayonunun Ağalı kəndinə köçürülən 106 nəfərdən ibarət 22 ailə Ağalı kəndində qarşılanıb.

Sakinləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları “Ağıllı kənd”də qarşılayıblar.

Sonra Ağalı sakinlərinin ailə başçılarına evlərinin açarları təqdim edilib.

Beləliklə, Böyük Qayıdış layihəsi çərçivəsində bu günədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 526 nəfərdən ibarət 108 ailə köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayan vətəndaşlardır.

Köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00