Fələstinlilər hansı üzlə Türkiyədən kömək istəyir? – Alimdən maraqlı faktlar

Türkiyədə bir neçə şəhərdə Fələstinə dövlət dəstək olsun deyə şüarlar səsləndirlər. İslam dünyasının hazırda mühafizəçisi olan Türkiyənin köməyinə çox dövlətin ehtiyacı var. Lakin bu küçələrə çıxanlar unudurlar ki, məhz Fələstin Türkiyənin idaərçiliyindən çıxmaq üçün ingilis və fransızların əli ilə minlərlə türk əsgərin həyatına son qoyub. Osmanlı arxivində aparılan araşdırmalara əsasən Fələsətin, Suriya, Hicac, Yəməndə  400 min türk əsgəri həyatlarını itirib. 

guney.az xəbər verir ki, bu sözləri dosent Zaur Əliyev qeyd edib. O, Səlahəddin Əyyubidən sonra, Sultan Səlim zamanında 1571-ci ildə Qüds və Fələstin torpaqlarının Osmanlının ərazisinə daxil olduğunu xatırladıb:

 

“Osmanlının bölgədəki varlığı sülh və sabitliyin qaynağı oldu. 1915-1918-ci illərdə Türk əsgərləri bölgədə olan müharibələr və xəyanətlər üzündən bölgəni tərk etməyə məcbur oldular. Birinci dünya müharibəsi zamanı Osmanlı ordusu Yəməndə, Hicazda, Fələstində, Suriyada xəyanət nəticəsində arxadan ağır zərbələr alaraq məğlub oldular. Hətta Fələstin üçün bayraq da hazırladılar. Müəllifi ingilis və fransız diplomatlarıdır. O zaman Yaxın Şərqin bölüməsi üzrə görəvləndirilən Fransız generalı Jorj Picot və ingilis diplomatı Mark Sykes “Sykes-Picot Anlaşması” əsasında Fələstin bayrağı yaradıb və ərəbləri türklərə qarşı qoymağın təməlin qurublar. Bu bayrağın pan-ərəbizm işarəsi olduğunu anlayırlar, lakin əslində, bu bayraq birbaşa türklərə qarşı hazırlanmışdı.

1916-1922-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Devid Lloyd Corc ilə Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər paşa arasında gizli bir müqavilə olub. Həmin müqavilə hazırda Londonda (“Lordlar Evi Sənəd Bürosu – Beaverbrook Kolleksiyası – Lloyd George Araşdırmaları F-6-1- Sənədləri I-16 (b)”) saxlanılır və orda yazılır:

“Müqaviləyə görə, Ərəbistan müstəqil olacaq. Ermənistan və Suriya Osmanlı İmperiyası daxilində muxtar bir status qazanacaq: Mesopotamiya və Fələstin Misir kimi müharibədən əvvəl Osmanlı hakimiyyəti altına girəcək, ancaq ingilislərin himayəsində olacaq: Çanaqqaladan keçmək azadlığı təmin ediləcək”.

Lakin fələstinli ərəblər buna razı olmurdular. Osmanlı muxtar status ilkin elan edib zamanla Fələstini müstəqil dövlət, Qüdsi isə onun paytaxtı elan edəcək idi. Bu isə regionda birdəfəlik ərəb-yəhudi savaşına son qoyacaq idi. Lakin Türklərin deyil, ingilis-fransızların himayəsinə sığınan Fələstinlilər o gündən bu günə qədər də nələr yaşayıblar öz günahlarıdır.
Osmanlı dövlətinin Fələstində 1917-1918-ci illərdə İngilislər qarşısında ağır məğlubiyyətə uğramasının əsas səbəbkarlarından biri Şərif Hüseynin üsyançı ərəb tayfa silahlılarıdır. Şərif Hüseyin minlərlə türk əsgərinin döyüş zamanı arxadan vurulmasında cavabdeh olan insandır. Özünü Məhəmməd peyğəmbərin (s.ə.s) nəslindən olduğunu bildirən biri idi. Buna sübut olaraq həmin döyüşlərdə şəhid olan 50 mindən çox türk əsgərinin Qüdsdə ,Qəzzada və digər yerlərdə toplu məzarlığını göstərmək olar. Özü də Amerikadan gəlmiş yüzlərlə erməni muzdlu Fələstinin Osmanlıdan ayrılması üçün döyüşürdülər”.

Z.Əliyevin sözlərinə görə, Fələstində başlanan bu üsyan Qafqazda erməni dövlətinin yaranmasına da səbəb oldu:

“Onlar üsyan qaldırıb müstəqil olmasını istəyən zaman ermənilər də özlərinə dövlət istəməyə başladı. Nəticədə 9 min kvadrat kilometrdə yaranan bir kiçik federativ erməni dövləti Azərbaycanın böyük ərazilərini işğal elədi.

Hətta 2021-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu, Birinci Dünya Müharibəsi zamanı Fələstin torpaqlarının Osmanlı hakimiyyətindən çıxdığını qeyd edərək edib. Bu ərəbələr, xüsusilə fələstinlilər Türkiyədən indi kömək istəyirlər. Onları bu günə gətirən İngiltərədən, Fransadan, İsrailin özündən deyil məhz Türkiyədən.

11 dekabr 1917-ci ildə Britaniya generalı Edmund Allenbi (Birinci Vikont) Qüdsə şəhərin Həzrəti İbrahim qapısından daxil olaraq təslim açarını alıb. Bu gündən etibarən 400 ildən çox Osmanlının idarəçiliyində olan Qüds itirilib. Onda fələstinlilər, ərəblər Osmanlılara yardım edəydilər də. İndi öz əlləri ilə verdikləri torpaqları geri almaq üçün qovduqları, öldürdükləri Türkiyədən kömək istəyirlər. Hansı üzlə? Fotoda görünür ki, Osmalı-Türk hakimiyyəti dövründə Fələstin, Qüds necə gözəl inkişaf edirdi və təhlükəsizlik necə təmin edilirdi. İndi isə xəyanət etdikləri dövlətdən, Türk millətindən kömək istəyən fələstinlər sabah yenə xəyanət etməyəcək sualına kim cavab verə bilər?”

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA