Dəyərli dostlar, sabah yəni oktyabrın 12-də saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış güney Azərbaycanlı şair, əməkdar incəsənət xadimi, rəhmətlik Əli Tudənin 100 ilik yubileyinə həsr edilmiş kitabın təqdimat mərasimi keçiriləcəkdir.
Xatırladaq ki, Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər, şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir.
Tədbirə bütün kitabsevərlər dəvətlidir…