Ermənistanın Ararat rayonunda erməni-rus dostluğunu əks etdirən plakat, eləcə də Ermənistan və Rusiya Federasiyasının bayraqlarının əks olunduğu plakat zədələnib.
“Sputnik Armenia”ya xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan 2 cinayət işi başladıldığını açıqlayıb.
Onun sözlərinə görə, insidentlər sentyabrın 26-da və oktyabrın 8-də baş verib. Növbətçi Rusiya sərhədçilərinə qarşı təhdidlərlə bağlı başqa bir cinayət işi də başlanıb.