Ana səhifə XəbərlərSiyasət İlham Əliyev antiterror tədbirlərindən danışdı:

İlham Əliyev antiterror tədbirlərindən danışdı:

Ərazilər bandalardan təmizlənir

admin2

Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün Ermənistana dəfələrlə edilən çağırışlar çox qəribə reaksiya ilə qarşılanırdı ki, bu barədə sizə məlumat vermək istərdim.Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.

İlham Əliyev bildirib ki, bir il əvvəl, keçən ilin oktyabrında beynəlxalq tərəfdaşlarla görüşdə Ermənistan və Azərbaycan rəhbərliyi hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü təsdiq edən 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini tanıyan bəyanat qəbul etdi.
“Biz bunu nəhayət Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək Ermənistanın mühüm addımı hesab etdik. Amma təəssüf ki, ümidlərimiz özünü doğrultmadı”, – Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, “Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağızda tanıyarkən, əslində hər şeyi əks istiqamətdə həyata keçirib”.

“Azərbaycanın dəfələrlə təxribat xarakterli hərəkətləri dayandırmaq çağırışları təəssüf ki, ciddi qəbul olunmadı. Bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ Respublikasının” yaradılmasının ildönümü münasibətilə təbrik məktubu göndərdikdə vəziyyət daha da pisləşdi. Bu, “qırmızı xətt”in kəsişməsi idi, təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə açıq-aşkar iddia idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanlarının seçkilər keçirərək, yeni dırnaqarası lider seçməsi mövcud reallıqlara tamamilə məhəl qoymamaqla yanaşı, Azərbaycana antiterror tədbirləri keçirməkdən başqa çarə qoymadı. Sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri sayəsində suverenliyimizi tamamilə bərpa etdik”.

Azərbaycan Prezidenti xatırladıb ki, bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Qarabağda 10-15 min nəfərlik kontingenti olan Ermənistan ordusu tamamilə tərksilah edilib, ərazi tam nəzarət altına alınıb:

“Bununla paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiyası planını açıq şəkildə dərc etmişik və bu plan internetdə də mövcuddur. Tədbirləribiz çox məqsədyönlü olduğundan erməni sakinlərə öz evlərində qalmaq çağırışı edilib. Mülki infrastruktura, mülki obyektlərə və mülki şəxslərə heç bir ziyan dəyməyib və dediyim kimi, bütün əməliyyat 24 saatdan az davam edib. Bu, Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin tamamilə ruhdan düşməsi və mahiyyətcə təslim olması üçün kifayət idi”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı görüş iştirakçılarına onu da bildirib ki, “artıq ərazilərin bandalardan təmizlənməsi prosesi gedir. Əldə etdiyimiz məlumata görə, bu ərazidə hələ də müəyyən qruplar gizlənir. Sentyabrın 20-dən sonra Qarabağda silahlı təxribatlar oldu. Ərazi kifayət qədər böyük, dağlıq və meşəlik olduğundan ərazini quldur dəstələrindən tamamilə təmizləmək bizə vaxt aparacaq”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00