Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
A.İmanov açıqlamasında işdən çıxarılması ilə bağlı məlumatın doğru olduğunu bildirib.
Xatırladaq ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.
Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmanovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc edilmişdi.
Qeyd edək ki, faktla bağlı ilk məlumatı Bakupost.az yayıb.