Bu gün saat 13:10 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus lokomotiv 21 boş vaqon ilə Sumqayıt-Çay mənzilində dalan yolda hərəkətdə olarkən qorunmayan dəmiryol keçidini keçməyə cəhd edən “Opel” markalı avtomobillə toqquşub.
“Ölkə.az” QSC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qurumdan bildirilib ki, nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməlidir: “Dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırırıq. Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 AZN məbləğində cərimələnir”.