Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Gevork Altunyan həbs olunub.
Bunu sabiq sözçünün vəkili Qor Saqoyan “Sputnik Armenia”ya təsdiqləyib.
Bildirilib ki, Altunyan 2 ay müddətinə həbs edilib. Hazırda araşdırmalar davam edir.