Rusiya paytaxtında yaşayış binalarından 500 metr məsafədə raket zavodu istifadəyə verilib – VİDEO

Moskvanın Nekrasovka rayonundakı “Rudnevo” sənaye parkının ərazisində raket istehsal edən zavodun tikintisi başa çatıb.

Yaxın günlərdə zavodda hava hücumundan müdafiə raketlərinin istehsalına başlanılacağı bildirilir.

Moskva şəhər administrasiyasının mətbuat xidməti qeyd edir ki, zavodun açılışında Moskva meri Sergey Sobyanin, müdafiə naziri Sergey Şoyqu və sənaye və ticarət naziri Denis Manturov iştirak ediblər.

Açılış mərasimində qeyd olunub ki, raket istehsal edən müəssisəni rekord sürətlə – səkkiz ay yarıma inşa edib bitirmək mümkün olub.

Rusiya mətbuatı isə yazır ki, raket istehsal ediləcək “Rudnevo” sənaye parkı yaşayış binalarının yaxınlığında yerləşir.

Belə ki, təkcə internet xəritəsi üzərindən nəzər salanda məlum olur ki, zavoda ən yaxın ev 500 metr məsafədə yerləşir.

Mənbə: İstories.media

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA