“X” yeni istifadəçilər üçün ödənişli olacaq:

“X” (keçmiş “Twitter”) sosial şəbəkəsi yeni hesab açanlar üçün ödənişli ola bilər.

Belə ki, mesaj yazmaq, digər istifadəçilərlə əlaqə yaratmaq istəyən yeni hesabların istifadəçiləri üçün illik birdollarlıq abunənin sınaqdan keçirilməsinə başlanılıb.

Şirkət bəyan edib ki, bu qərar xidmətlə bağlı spam, bot və digər manipulyasiyaların sayını azalda bilər.

“Oxumaq pulsuzdur, lakin yazmaq üçün ildə bir dollar”, – deyə “X” şəbəkəsinin sahibi İlon Mask sosial media hesabında yazıb.

“Bu, real istifadəçiləri bloklamadan botlarla mübarizə aparmağın yeganə üsuludur”, – deyə milyarder əlavə edib.

Ödəniş etməyən yeni istifadəçilər sosial şəbəkədə mesaj yazmaq, bəyənmə düyməsini basmaq, yazışmalarda cavab vermək və s. kimi müəyyən funksiyalardan istifadə edə bilməyəcəklər. “Bu test mövcud istifadəçilərə aid edilmir”, – deyə məlumatda qeyd edilib.

 

Mənbə: Forbes.ru

Related posts

ABŞ Azərbaycana daha iki minaaxtaran it verdi – FOTO

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı

İsrail və İrana uçuşlar dayandırıldı