Fələstinlilər Qəzzadan köçürülməyə razı olmayacaqlar – Mahmud Abbas

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qahirədə keçirilən beynəlxalq konfransda deyib ki, İsrail ordusunun atəşinin davam etməsinə baxmayaraq, fələstinlilər Qəzza zolağından kənara köçürülməyə razı olmayacaqlar.

M.Abbas Qəzza zolağına yardımın davam etdirilməsinə çağıraraq, “biz heç vaxt köçürülmə ilə razılaşmayacağıq, nə qədər çətinliklər olsa da, öz torpaqlarımızda qalacağıq” deyib.

O, “biz həmçinin, fələstinlilərin İordan çayının qərb sahilindəki və Qüdsdəki evlərindən qovulmasına qarşıyıq” söyləyib.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA