HƏMAS 210 nəfəri girov saxlayır – İsrail

HƏMAS qruplaşması Qəzza zolağında 210 nəfəri girov saxlayır.

Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib.
“İndiyədək qaçırılan 210 və öldürülən 307 hərbçimizin ailələrini xəbərdar etmişik. Yaxın günlərdə bu rəqəm dəyişə bilər”, – o deyib.
İsrail girovların Qəzzaya aparıldığını, ancaq onların dəqiq yerinin bilinmədiyini, bu üzdən onları qurtarmağın çətinləşdiyini bildirib. Rəsmilər çox adamın Qəzzanın altındakı tunellər şəbəkəsində saxlana biləcəyini deyiblər. İsrail əsgərləri bu tunelləri “Qəzza metrosu” adlandırırlar.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA