142
Şəmkir rayonunda valideynlərinin nəzarətindən yayınan 2 azyaşlı uşaq kimyəvi məhluldan içiblər.
2021-ci il təvəllüdlü bacılar yaşadıqları evdə yuyucu kimyəvi məhlul içiblər.
Hər iki uşaq zəhərlənib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.
Onlara lazımı tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.