2024-cü ildə dövlət büdcəsindən elm sahəsinə ümumilikdə 228 776 085 manat vəsait ayrılması nəzərdə tutulur.
Bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsində bildirilib.
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.