Sabiq icra başçısına “stop” qoyulur

Salyan Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Salmanov Salman İsabala oğlu məhkəməyə verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi S. Salmanovla bağlı məhkəməyə müraciət edib.

Məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatdır.

İşə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S. Salmanov 1995-1997-ci illərdə Salyan Rayonu İcra Hakimiyyətinin sabiq başçısı olub.

Related posts

Qurban bayramında heyvanların satış və kəsim yerləri – ÜNVANLAR

Əməkdar jurnalist təqdimat keçirəcək

İmtahan yerləri abituriyentlərin evinə yaxın təyin edilir