Beynəlxalq təşkilatların sülh çağırışlarına, bir çox aparıcı ölkələrin sülh yönündə atdığı addımlara baxmayaraq, müxtəlif coğrafiyalarda toqquşmalar günü-gündən artır.
Dünya dövlətlərinin bir tərəfdən sülh çağırışı edib digər tərəfdən də münaqişə tərəflərinə dəstək göstərməsi planetimizdə sabitlik məsələsini sual altında qoyur.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan politoloq Turab Rzayev hazırda dünyanın geopolitik baxımdan çox həssas duruma gəldiyini deyib. Onun sözlərinə görə, dünya və ya potensial bir nüvə müharibəsinin olması qaçılmaz görünür.
Politoloq bildirib ki, bir tərəfdən dünya ölkələri həm Yaxın Şərq münaqişəsində, həm Ukraynada, həm də Koreya ətrafında baş verən böhranda bir çox ölkələri sakitliyə çağırsalar da, digər tərəfdən aktiv şəkildə yanğına benzinlə gedirlər.
Ekspert deyir ki, başqa ölkələrin də münaqişəyə qoşulması ilə bölgədə kiçik görünən İsrail-Fələstin konflikti Misir, İran, Livan, Türkiyə və Suriyanın da daxil olması ilə regional, yaxud da sonradan qlobal xarakter ala bilər.
Daha ətraflı: