114
Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb.
Bu barədə sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.