“Qarabağ” sözünü öyrəndilər:

Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi də əvvəlki adətindən əl çəkə bilib.

Qurumun 25 oktyabr tarixli bülletenində “Dağlıq Qarabağ” ifadəsinə yol verilməyib. Əvəzində bu ərazi olduğu kimi – “Azərbaycanın Qarabağ iqtisadi rayonu” deyə qeyd olunub.

Bundan əlavə, indiyə qədər işlətdiyi “Stepanakert” sözünün yerinə şəhərin əsl adı – Xankəndi yazılıb.

Yada salaq ki, Rusiya Müdafiə Nazirliyi Fərrux kəndinin adını belə, düzgün ifadə edə bilmirdi. Cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi sözügedən ərazinin adının doğru yazılmasını tələb edən bəyanatla çıxış edirdi.

Xatırladaq ki, iki gün öncə Tehranda baş tutan “3+3” görüşü haqda danışan Lavrov da dilindən düşməyən “Dağlıq Qarabağ” əvəzinə “Qarabağ” deyib.

Miri

 

 

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Prezidentdən nazirlə bağlı sərəncam

Kreml: Vəziyyət çox gərgindir