HƏMAS-ın hücumu nəticəsində ölən fransızların sayı artıb

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölən Fransa vətəndaşlarının sayı 35-ə yüksəlib.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə bildirilib.

“HƏMAS-ın İsrailə terror hücumu nəticəsində 35 Fransa vətəndaşı ölüb”, – nazirliyin bəyanatında deyilir.

Fransa XİN-in məlumatına görə, 9 Fransa vətəndaşı hələ də itkin düşmüş hesab olunur, onlardan bəziləri HƏMAS tərəfindən girov götürülüb.

Xatırladaq ki, oktyabrın 7-də səhər tezdən İsrail ərazisinə Qəzza zolağından raket atəşi başlayıb. İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat “Dəmir qılınclar” adı alıb.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq