İran israilli girovları azad etmək istəyir

İran Türkiyə və Qətər ilə birlikdə israilli girovların azad edilməsi prosesində iştirak etməyə hazırdır.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında deyib.
Nazir bildirib ki, İran Qətər və Türkiyə ilə birlikdə HAMAS-ın əsir götürdüyü israilli girovların azad edilməsində rol oynamağa hazırdır.
Abdullahian əlavə edib ki, İsrailin 6000 fələstinli girovu azad etməsi də zəruridir.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi