İsrail Rusiyanı HƏMAS nümayəndə heyətini Moskvada qəbul etdiyinə görə tənqid edib.
Rəsmi qəbul 7 oktyabr hücumuna görə HƏMAS-ı qınayan BMT Təhlükəsizlik Şurasının qətnaməsinə Rusiya tərəfindən veto qoyulmasından bir gün sonra baş verib.
“İsrail HƏMAS nümayəndələrinin Moskvaya dəvət edilməsini terroru dəstəkləyən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən nalayiq addım kimi qiymətləndirir”, – deyə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat “Haaretz” nəşrinə bildirib.
Nəşr qeyd edib ki, İsrailin Rusiyaya qarşı ictimai tənqidinə nadir hallarda rast gəlmək olar.