İsraildən atəşkəs təklifi:

İsrail bütün girovların azad edilməsi və Qəzza zolağında ölən israillilərin cəsədlərinin qaytarılması müqabilində atəşkəs təklif edib.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

“İsrail bütün girovların azad edilməsi və ölən israillilərin cəsədlərinin təhvil verilməsi müqabilində atəşkəs təklif edib. Lakin HƏMAS bu təklifi rədd edib və fələstinli məhbusların azad edilməsini tələb edib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, girovların azad edilməsi üçün Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS ilə İsrail arasında danışıqlar aparılır.

Related posts

İnsanlar yoxa çıxsa, təbiət necə dəyişər? – Maraqlı araşdırma

Tramp: Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək

Alimlərdən xəbərdarlıq: Onlarla şəhər batacaq