Ana səhifə Xəbərlərİqtisadiyyat Azərbaycan Aralıq dənizində qaz axtaracaq – İsrail icazə verdi

Azərbaycan Aralıq dənizində qaz axtaracaq – İsrail icazə verdi

admin2

İsrail Energetika Nazirliyi ölkənin Aralıq dənizi sahillərində təbii qaz axtarışları üçün 6 şirkətə lisenziya verib.

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Lisenziya verilən şirkətlərdən biri Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR). Azərbaycan şirkəti İsraili qazla təmin edən və ixrac üçün istifadə edilən nəhəng Leviafan yatağının şimalındakı ərazidə kəşfiyyat işləri aparacaq.

SOCAR-la yanaşı BP (Britaniya) və “NewMed” (İsrail) şirkətləri də eyni ərazidə axtarış edəcək.

Lisenziya verilən digər şirkətlər ENI (İtaliya), “Dana Petroleum” (Britaniya) və “Ratio Energies” (İsrail) kompaniyalarıdır. Onlar Leviafanın qərbində axtarış işləri təşkil edəcəklər.

“Qalib şirkətlər növbəti üç il ərzində təbii qaz kəşfiyyatına sərmayə qoymağı öhdələrinə götürüblər, bu da ümid edirəm ki, yeni təbii qaz rezervuarlarının kəşfi ilə nəticələnəcək”, – energetika naziri İsrael Katz bildirib.

Xatırladaq ki, son on il yarım ərzində Aralıq dənizinin şərqində böyük qaz yataqları aşkar edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00