Ana səhifə XəbərlərTarix Ermənilər azərbaycanlı əsiri döydükdən sonra şüşə qırıqları udmağa məcbur edib

Ermənilər azərbaycanlı əsiri döydükdən sonra şüşə qırıqları udmağa məcbur edib

admin2

İşğal zamanı azərbaycanlıların təkcə qətlə yetirilməsi və evlərindən didərgin salınması deyil, o cümlədən mülki əhali arasından əsir götürülmüş şəxslərin psixoloji və fiziki sağlamlıqlarına ömürlük ziyanın vurulması kimi faktlar da aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ında bildirilib.

“Kəlbəcər rayonunun işğalı (02.04.1993) zamanı girov götürülən azərbaycanlılara “nəzarət edən” erməni əsilli həkim Aida Serobyan 31.03.1993-cü il təvəllüdlü Arzu Hacıyevə naməlum tərkibli iynələr yeridərək, uşağın ömürlük əlil qalmasına səbəb olub. Arzu Hacıyev 2003-cü ildə dünyasını dəyişib.

Hərbi əsirlərə qarşı tətbiq olunan çoxsaylı işgəncə faktlarından biri kimi Mürşüdov Sədrəddin Aslan oğlunun döyüldükdən sonra şüşə qırıqları udmağa məcbur edilməsi aşkarlanmışdır.

Bundan əlavə, tərəflər arasında cəsədlərin dəyişdirilməsindən sonra aparılan tibbi ekspertizalar nəticəsində cansız bədənlər üzərində ölümündən əvvəl və sonra işgəncə, alçaldılma kimi əməllərin həyata keçirilməsi təsdiqlənib” , – deyə hesabatda qeyd edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00