İran: Biz Həmas ilə İsrail vətəndaşı olmayan əsirlərlə bağlı görüşdük

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani İsrail vətəndaşı olmayan əsirlərin azad edilməsi ilə bağlı Həmas ilə danışıqlar apardıqlarını bildirib.

İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Kenani həftəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.

Kənani, “Vətəndaşları əsirlər arasında olan bəzi ölkələrin tələbləri üzərinə Həmas İsrail vətəndaşı olmayan və münaqişə tərəfi olmayan əsirlərlə bağlı İranla görüşdü. Həmasdan müsbət vədlər aldıq”,-deyə bildirib.

İran sözçüsü ABŞ-ın İraqdakı bazalarına edilən hücumlarla bağlı deyib: “Bəzi ölkələr qeyd-şərtsiz sionist rejimi dəstəkləyir. Bölgədəki gərginliyi dəstəkləmək reaksiyalara səbəb olacaq. Nə əksəniz onu biçəcəksiniz”.

Kənani Hizbullahın müharibəyə qatılma ehtimalı ilə bağlı sualda Hizbullahın baş katibi Həsən Nəsrullahın cümə günü edəcəyi gözlənilən çıxışa işarə edərək, “Mən də Nəsrullahın çıxışını gözləyirəm”,-deyə İranlı rəsmi bildirib.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi