Çində “narıncı” xəbərdarlıq elan olundu

Çinin paytaxtı Pekində hava çirklənməsi səbəbindən “narıncı” təhlükə xəbərdarlığı elan edilib.

Bir çox məhdudiyyəti əhatə edən xəbərdarlıq oktyabrın 30-da günortadan sonra qüvvəyə minib. Dördpilləli sistem üzrə ən yuxarı 2-ci səviyyədə olan “narıncı” xəbərdarlıq adətən 3 ardıcıl orta və 2 ardıcıl yüksək səviyyədə hava çirklənməsi halında elan edilir. Noyabrın 4-dək davam edəcək xəbərdarlıq müddətində atmosferi nisbətən çox kirlədən avtomobillərin şəhərdə hərəkəti qadağan edilib.

Related posts

İlon Maskla Tramp arasındakı narazılıq böyüyür

Qırğızıstanda məscidlərin sayını azaltmaq təklif edilir

Rusiyada son 14 ilin ən böyük hərbi səfərbərliyi