98
Son günlər xüsusi təyinatlı nəqliyyat vasitələrinin, əsas da təcili tibbi yardım maşınlarının ardınca maşın sürüb, sui-istifadə hallarına yol vermə halları ilə tez-tez qarşılaşırıq.
Belə hallara yol verməmək üçün sürücülərə çağırış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirib ki, vətəndaşlar bu növ nəqliyyat vasitələrinə qarşı məsuliyyətli olmalıdır:
Hər bir vətəndaşımızdan məsuliyyətli olmağı və operativ nəqliyyat vasitələrinin hər hansısa birimizin qapısına müxtəlif vaxtlarda gözlənilməyən hallarda gələ biləcəyini isə unutmamağı xahiş edirik”.