Gəmilər Yəmən husiləri tərəfindən uzunmənzilli raket və pilotsuz təyyarə hücumlarından sonra gücləndirici qüvvə kimi ərazidə yerləşdirilib.
Bu barədə İsrail Müdafiə Qüvvələrindən məlumat verilib.
Bununla bağlı hərbçilər tərəfindən yayılan videogörüntülərdə İsrailin “Saar” sinifli korvetlərinin Qırmızı dənizdəki Eylat limanı yaxınlığında patrul həyata keçirdiyi əks olunub. İsrail bunu cəbhə xətti kimi nəzərdən keçirir, çünki ölkənin Qəzza zolağında apardığı müharibə HƏMAS-ın İranpərəst qüvvələrinin regionun başqa yerlərində qisas planlarının yaranmasına səbəb olur.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, iki gün əvvəl Qırmızı dəniz üzərində Eylat yaxınlığında hava hücumu təhlükəsinin qarşısı alınıb. Lakin şəhərdə həyəcan siqnalları işə salınmayıb. Həmçinin mülki şəxslər üçün heç bir təhlükə olmayıb.
Mənbə: “The Jerusalem Post”