İranda dəhşətli hadisə: 32 nəfər öldü

İranın şimalındakı Gilan əyalətinin Ləngərud şəhərində yerləşən narkoloji reabilitasiya mərkəzində güclü yanğın baş verib.

guney.az “Fars” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 32 nəfər ölüb, 16 nəfər yaralanıb.

İlkin araşdırmalara görə, yanğına səbəb qızdırıcının alışması olub. Yanğın daha sonra mərkəzin qalan hissəsinə sıçrayıb.

Hadisəyə görə mərkəzin direktoru və bir neçə digər məsuliyyətli şəxs həbs edilib.

 

Related posts

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu

Ermənistanda hərbi maşın qəzaya düşdü: 1 ölü, 3 yaralı

Sabirabadda 16 yaşlı gəlin NİYƏ ÖLDÜRÜLDÜ? – Bakı sakinlərindən ŞOK CAVABLAR