Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.