Almaniyanın xarici işlər naziri Annalena Barbok İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistana hücum olacağı təqdirdə Almaniyanın Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı sualından özünəməxusus formada cavab verməklə erməni tərəfini məyus edib. O, erməni tərəfini belə mövqelərdən çəkinərək sülh istiqamətində addımlar atmağa təşviq edib.
Almaniyalı nazirin sözlərinə görə, sanksiya tətbiqindənsə, Bakı ilə İrəvan arasında eskalasiyadan qaçıb sülhün əldə olunması istiqamətində real addımlar atılsa,Ş daha yaxşı olar.
“İstəyirəm ki, eskalasiya olmasın və fürsət pəncərəsindən istifadə olunmasını müdafiə edirəm. Mən hər yerdə bu barədə danışıram. Almaniya Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz hər iki ölkənin yanındayıq”, – Alman nazir deyib.
Nazir bölgədə təhlükəsizlik, demokratiyanın möhkəmləndirilməsi və s. sahələrdə köməklik göstərməyə hazır olduğunu bildirib.
Annalena Berbok əlavə edib ki, təhlükəsizliyin təmin olunması üçünsə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və sülh sazişinin imzalanmasının zəruridir: “Sülh investisiyaların cəlb edilməsinə böyük töhfə olacaq. Məqsədimizin Qara dəniz elektrik kabel kimi iqtisadi proqramlara keçmək üçün sülh prosesinə töhfə verməkdir”.