Azərbaycanı təhdidlər gözləyir, işlər sürətlənməlidir – Deputat

“Tullantıların idarə olunması prosesi regionlarda zəif gedir. “Təmiz şəhər” modelinin regionlara daşınmasına ehtiyac var”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O qeyd edib ki, “yaşıl enerji” zonasının yaradılması və bu istiqamətdə hədəflərə nail olunması üçün görüləcək işləri sürətləndirmək lazımdır: “Daha bir problem iqlim dəyişikliklərinin törədəcəyi fəsadlardır. Bu sahə üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait bu illə müqayisədə az artımdır. Vəsait kiçik həcmdə artırılsa da, görülən işlər yerində qalır. Su resurslarından səmərəli istifadəni önə çıxarmaq lazımdır. Dünyanı, eləcə də Azərbaycanı təhdidlər gözləyir. Çünki ölkəmiz azsulu ölkələrdəndir. Hətta adambaşına düşən su sərfiyyatına görə bu göstərici bir çox dövlətlərdən dəfələrlə geridə qalır”.

Related posts

Prezidentdən nazirlə bağlı sərəncam

Prezident bu qanunlarda dəyişiklik etdi

Azərbaycan COP29-da intriqalara GETMƏDİ