Bu sahəyə 1 milyarddan çox pul ayrılacaq – Nazir açıqladı

Növbəti ildə dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə bir milyard 110 milyon manat ayrılacaq.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə birgə komitələrin iclasında 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatına ayrılan vəsait əsasən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, aqrar sahədə subsidiyaların verilməsinə, damazlıq heyvanlara, yeni texnologiyaların tətbiqinə, suvarma sistemi və digər məsələlərə xərclənəcək.

Nazir əlavə edib ki, su ehtiyatlarının səmərəli istifadəsinə, meliorasiya sahəsinə 507 milyon manat, ətraf mühitin qorunmasına isə 377 milyon manata ayrılması nəzərdə tutulur.

Related posts

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Prezidentlərin iştirakı ilə Xankəndidə fabrik AÇILDI

Şabalıdın qiyməti kəskin artıb – SƏBƏB