Hökumət bu sahəyə xərclərini artırsın – Musa Quliyev

“Şərqi Zəngəzur və Qarabağın bərpası üçün vəsait artırılmalıdır. Hərbi və müdafiə xərclərinin artırılması da məntiqlidir”.

Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Ərzaq inflyasiyasının ikirəqəmli həddə qalması narahatlıq doğurur. Bu da aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün əlavə tədbirlər görməyə ehtiyac yaradacaq. Ona görə də inflyasiyanın aşağı salınması üçün tədbirlər görülməlidir”, – deputat qeyd edib.

Related posts

Bakıda bəzi ərazilərdə torpaq sahəsinin qiyməti kəskin ARTACAQ

1700 metr hündürlükdə yerləşən HAVA LİMANI

Pezeşkianın Araz çayından birgə istifadəyə dair təklifinə Azərbaycandan REAKSİYA