Güney Azərbaycan Milli Hərəkatının fəalı Əli Rəzizadə Nadarlı (Nəzərli) noyabrın 5-də ailəsi ilə telefon danışığı zamanı Tehrandakı bədnam EVİN həbsxanasının 8-ci bölməsinə köçürülməsi barədə məlumat verib.
Qeyd edək ki, oktyabrın 29-da Tehranda yaşayan milli fəal bir illik həbs cəzasını çəkmək üçün güneyli milli fəalların müşayiəti ilə Evin zindanına aparılıb və həbsxananın karantin müəssisəsinə köçürülüb.