Türkiyə səfirliyi Azərbaycanı təbrik edib – FOTO

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Bu barədə Türkiyənin diplomatik missiyası “X” sosial şəbəkəsində paylaşım edib.

“9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik.

Daim yüksəklərdə ol, böyük zəfərin ucalmış şanlı Bayrağı!”, – paylaşımda qeyd olunub.

Related posts

Pezeşkiandan TƏCİLİ AÇIQLAMA – “İsrail öz axmaq əməllərindən peşman olacaq!”

Güneyli soydaşlarımız sevinir! – Sayman Aruz

Ərdoğandan İsrail-İran müharibəsinə sərt REAKSİYA