İranın bir neçə əyalətində ən azı 30 məhbus edam edilib – FOTO

İranın bir neçə əyalətində ən azı 30 məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər yayıb.

Məlumata görə, məhbuslar İsfahan, Şirazın Adelabad, Qorqanın Əmirabad, Təbriz, Kaşan, Bəndər-Abbas və Zahidan şəhərlərinin mərkəzi həbsxanalarında, o cümlədən Kərəc əyalətinin Qızılhisar, Əhər şəhərinin zindanlarında edam ediliblər.

Qeyd edək ki, edam olunan məhbuslar qəsdən adamöldürmə və narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham ediliblər.

Related posts

Prezident Fərzanə Sadiqi ilə Araz üzərində körpünün tikintisindən DANIŞDI

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul etdi

İranlı nazir BUNA GÖRƏ Bakıya gəlir