BDU-nun professoru: “Nadir Şah gədəbəylidir”

“Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub”.

Bunu Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov AMEA-da keçirilən müzakirələr zamanı deyib.

O, bu fikrini kitablardan birinə istinad etdiyini söyləyib.

Professor həmçinin vurğulayıb k, Gədəbəydə Nadir şah tərəfindən inşa edilən Şahzadə bulağı da mövcuddur.

Müzakirələr zamanı akademik Nizami Cəfərov professorun fikirlərinə düzəliş edib və bildirib ki, Nadir Şah gədəbəyli deyil, gədəbəylilər Əfşardır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru Güllü Yoloğlu isə bildirib ki, Nadir şahın anası ayrım tayfasından olub.

Related posts

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır

Qərbi Azərbaycan Xronikası: “Tava-təpə”də tapılan nümunələr Qafqazda qədimdən yaşayanların kimliyini göstərir